Türkiyənin “Ankaragücü” klubunun sabiq prezidenti Faruk Koca həbs cəzası alıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə yerli “Hurriyet” nəşri məlumat yayıb.

Buna funksionerin ötən mövsüm futbol hakimi Halil Umut Melerə hücum etməsi səbəb olub. O, 3 il 7 ay 22 gün azadlıqdan məhrum edilib.

2023/24 mövsümündə Super Liqanın 15-ci turunun “Ankaragücü” – “Rizəspor” oyunundan (1:1) sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Shares: