“Qarabağ”ın daha 3 futbolçusu millisinə çağırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yerli futbolçularla yanaşı, əcnəbilər də öz yığmalarına dəvər alıblar. Ağdam təmsilçisinin konkret olaraq 3 legioneri qarşıdakı toplanış üçün yığmasına çağırılıb. Onlardan Yassin Benzia Əlcazair, Marko Yankoviç Monteneqro, Patrik Andrade isə Kabo-Verde millisinin düşərgəsinə yollanıb.