“Qarabağ”ın əsas heyət üzvlərindən olan Julio Romao heç yerə getməyəcək. Braziliyalı yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında komandadan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Romaonun iki xarici klubdan dəvət aldığı, son zamanlar bu səbəbdən komandaya can yandırmadığı, getmək üçün fürsət gözlədiyi deyilir: “Heç bir təklifdən xəbərim yoxdur, ümumiyyətlə, bununla maraqlanmıram. Bütün düşüncələrim “Qarabağ”la, komandanın uğurları ilə bağlıdır. Komandaya kömək etmək üçün çalışıram”.
Avropa Liqasında “Ayaks”a qarşı 3-cü tur matçında qırmızı vərəqə alan Romao “Qarabağ”ı çətin vəziyyətdə qoydu və məğlubiyyətə əsas səbəbkar oldu: “Həmin olaydan sonra mətbuat üzərimə çox gəldi. Amma heç nə məni məqsədimdən döndərə bilməz. Yeüganə hədəfim çox çalışıb komandama faydalı olmaqdır”.