“Mançester Yunayted” heyətin gücləndirilməsi üçün əməli addımlar atmağa başlayıb. Yeni baş məşqçi Ruben Amorimin istəyi ilə xüsusilə hücum xəttinə yeni oyunçular alınacaq.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa klubu qışda ən azı bir hücumçu almaq niyyətindədir. Hədəfdə Fransa millisinin üzvü Randal Kolo Muanidir. PSJ-nin baş məşqçisi Luis Enrikenin xidmətində maraqlı olmadığı forvard İngiltərəyə köçə bilər. Tərəflər tezliklə danışıqlara başlamalıdır.

Mankunianların digər hədəfi Leroy Sanedir. Yayda “Bayern”i azad agent kimi tərk edəcək cinah oyunçusunun çoxlu müştərisi var. MY də bu siyahıya qoşulub.

Shares: