Portuqaliyanın “Sportinq” komandasının yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə Lissabon klubunun mətbuat xidməti məlumat yayıb.
Hazırkı ölkə çempionu Joao Pereyraya tapşırılıb. O, bu postda Ruben Amorimi əvəzləyib.
Ruben Amorim İngiltərə təmsilçisi “Mançester Yunayted”in baş məşqçisi olub. Pereyra daha əvvəl “Sportinq”in əvəzedicilərdən ibarət komandasında işləyib.