“Leççe”nin baş məşqçisi postuna Dan Tomassenin yerinə Marko Campaolo təyin olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssisin A Seriyası klubu ilə müqaviləsi avtomatik uzadılma şərti ilə 2025-ci ilin yayına kimidir.
Campaolonun əvvəlki iş yeri 2022-ci ildə tərk etdiyi “Sampdoriya” olub. O, əvvəllər “Milan”, “Torino” və “Kalyari” də daxil olmaqla, bir çox digər İtaliya komandalarına rəhbərlik edib.
“Leççe” hazırda İtaliya çempionatında 12 turdan sonra 9 xalla 18-ci pillədə qərarlaşıb.