Futbol üzrə Azərbaycan 1-ci Liqasında maraqlı hadisə yaşanmışdı. Xatırlayırsızsa, 7-ci tur çərçivəsində keçirilən “Karvan” – “Cəbrayıl” matçında evlilik təklifi edilmişdi.
Futbolinfo.az xəbər verir ki, Yevlax stadionunun tribunasında “Səbinə, Oqtayla evlənərsən?..” yazılmış plakat açılmışdı. Araşdırmış, olayın səbəbkarının “Karvan”ın U-13 komandasının baş məşqçisi Oqtay Əliyev olduğunu öyrənmişdik. O, seçdiyi xanıma evlilik təklifini belə çatdırmışdı.
Artıq Səbinə xanım Oqtayın təklifini qəbul edib və Yevlaxda yerləşən restoranın birində nişan mərasimi keçirilib. Əlizadə kreativ evlilik təklifi barədə saytımıza danışıb.
BƏHRUZ MUSAYEV