Ruud van Nistelroy “Mançester Yunayted”də qala bilər. Bu barədə qərarı yeni baş məşqçi Ruben Amorim verəcək.
Futbolinfo.az xəbər verir ki, Erik ten Haqın köməkçisi olan, həmyerlisinin istefasından sonra baş məşqçi funksiyasını müvəqqəti icra edən niderlandlı taleyinin necə olacağını gözləyir. Onun yeni korpusda yer alacağı, yoxsa klubdan ayrılacağı dəqiq deyil.
Sabiq hücumçu bu gün Amorimlə görüşməlidir. Portuqaliyalı mütəxəssis futbolçularla əla münasibəti olan, klubda böyük hörmətə malik olan van Nistelroydan mövcud vəziyyət haqda bilgi alacaq, daha sonra onlar mümkün əməkdaşlığı müzakirə edəcəklər.