İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Trent Aleksander-Arnold iki həftə futbol oynamayacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.

İngiltərə Premyer Liqasının 11-ci turunda “Aston Villa”ya qarşı keçirilən matçdan (2:0) sonra futbolçunun diz bağında zədə aşkar edilib. Həkimlərin rəyinə görə 26 yaşlı müdafiəçi təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Futbolçunun “Mançester Siti” ilə oyuna hazır olacağı gözlənilir.

Qeyd edək ki, “Liverpul” – “Mançester Siti” matçı dekabrın 1-də keçiriləcək.

Shares: