Azərbaycan millisi UEFA Millətlər Liqasının son turunda İsveçlə səfər matçına ciddi itkilərlə çıxa bilər.
Futbolinfo.az saytının məlumatına görə, bu, Estoniyaya qarşı keçiriləcək qarşıdakı görüşdən asılı olacaq.
Estonlarla Qəbələdəki qarşılaşmada 3 futbolçumuz xüsusi diqqətli oynamalıdır. Belə ki, Toral Bayramov, Elvin Cəfərquliyev və Amin Seydiyev noyabrın 16-dakı oyunda sarı vərəqə alsalar, cəzalı duruma düşəcəklər və İsveç səfərində baş məşqçinin sərəncamında olmayacaqlar.
İsveç millisi isə noyabrın 16-da Slovakiya ilə ev matçında eyni halla üzləşə bilər. Skandinavların 4 üzvünün cəzalı duruma düşməsi üçün prinsipial görüşdə sarı vərəqə alması kifayət edəcək. Bunlar müdafiəçilər İsak Hien, Ken Sema, yarımmüdafiəçilər Anton Saletros və Yesper Karlströmdür.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.