Ağdam Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunan alpaqut türk döyüş sənəti üzrə Qarabağ turniri keçirilib. Yarışda uşaq, yeniyetmə, gənc və böyüklər iştirak edib.
Turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər şanlı zəfər tarixindən söhbət açıb, yarış iştirakçılarına uğur arzulayıb.
Turnirdə 12 komanda olmaqla ümumilikdə 140 nəfərə yaxın idmançı iştirak edib. Müvafiq yerlər üzrə qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
BƏHRUZ MUSAYEV