Estoniya millisinin baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan millisinə qarşı oyun haqda danışıb.

Futbolinfo.az xəbər verir ki, rəqib komandanın məşqçisi iddialıdır: “Azərbaycanla oyun 3-cü yer üçün mübarizəyə görə daha vacib sayılacaq? Bizim üçün hər oyun vacibdir. Hər oyuna elə hazırlaşırıq ki, sanki hamısı həlledicidir. Azərbaycanla oyun üçün tam strategiyanı qurmamışıq. Bu, bizdə olan futbolçulardan da asılıdır. Ev oyununda göstərdik ki, müxtəlif vəziyyətlərə reaksiya verməyə hazırıq. Əlbəttə ki, Azərbaycanı keçmək istəyirik. Biz oyunçulara müxtəlif variantlar təqdim etməyə çalışırıq ki, onlar oyunda mümkün olan hər bir vəziyyətə tamamilə hazır olsunlar”.

Qeyd edək ki, Azərbaycan – Estoniya matçı noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun saat 18:00-da başlayacaq.

Shares: