İngiltərə yığmasının səkkiz futbolçusu Yunanıstan və İrlandiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan heyətdən çıxarılıb. Bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.

Bunlar qapıçı Aaron Ramsdeyl (“Sauthempton”), müdafiəçilər Trent Aleksander-Arnold (“Liverpul”), Levi Kolvill (“Çelsi”), yarımmüdafiəçilər Fil Foden, Cek Qriliş (hər ikisi “Mançester Siti”), Koul Palmer (“Çelsi”), Deklan Rays və Bukayo Sakadır (hər ikisi “Arsenal). Onların hamısı zədədən əziyyət çəkir.

Onların əvəzinə qapıçı Ceyms Trafford (“Bernli”), müdafiəçilər Carred Brantueyt (“Everton”), Tino Livramento (“Nyukasl”), yarımmüdafiəçi Morqan Rocers (“Aston Villa”) və hücumçu Carrod Bouen (“Vest Hem”) yığmaya cəlb edilib.

Qeyd edək ki, İngiltərə millisi noyabrın 14-də Yunanıstan, üç gün sonra İrlandiya ilə üz-üzə gələcək.

Shares: