İtaliyada keçirilən tennis üzrə yekun turnirdə ilk tur başa çatıb. “Con Nyukomb” qrupundakı hər iki qarşılaşma iki setdə yekunlaşıb.
Əvvəlcə kortda gözlənilməz nəticə qeydə alınıb. Turnirin əsas favoritlərindən sayılan Karlos Alkaras Kasper Ruuda məğlub olub – 1:6, 5:7. Soyuqdəymədən əziyyət çəkən Alkaras istədiyi oyunu nümayiş etdirə bilməyib.
Digər oyunda Aleksandr Zverev Andrey Rublyova qalib gəlib. Almaniyalı tennisçi hər iki seti 6:4 hesabı ilə öz xeyrinə başa vurub.