Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında 5 oyun keçirilib.

Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” komandası 7-ci qələbəsini qazanıb. Bu dəfə onlar evdə “Vaşinqton Vizards”ı məğlubiyyətə uğradıblar – 107:92. Şengünün aktivində 27 xal və 17 ribaund var.

Vembanyamanın da dabl-dabl etdiyi oyunda “San Antonio Spörs” Sakramento komandasına qalib gəlib – 116:96.

Gecənin ən məhsuldar oyunu “Oklahoma Siti Tander”lə “Los-Anceles Klippers” arasında olub. Meydan sahibləri 134:128 hesabı ilə qələbə qazanıblar. Giljs Aleksander oyunu 45 xalla tamamlayıb.

Lider “Klivlend Kavalers” məğlubiyyətsizliyini davam etdirir. Bu dəfə onlar Çikaqoda qalib gəliblər – 119:113.

Shares: