Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni klubu müəyyənləşib
Futbolinfo.az xəbər verir ki, Fransanın “Renn” klubu mütəxəssislə müqavilə imzaladıqlarını açıqlayıb.
64 yaşlı məşqçinin klubla müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Sampaoli Argentina millisi ilə yanaşı, “Flamenqo”, “Atletiko Mineyro”, “Santos” ( hamısı Braziliya), “Sevilya” (İspaniya) və Marsel “Olimpik”ini (Fransa) çalışdırıb. “Renn” klubu hazırda 11 xalla Fransa Liqa 1-də 13-cü yerdədir.