UEFA Millətlər Liqasının son iki turunda Slovakiya və Azərbaycanla qarşılaşacaq İsveç millisinin heyətində dəyişiklik edilib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Uqo Larsson heyətdən çıxarılıb.
Buna səbəb “Ayntraxt”ın üzvünün zədələnməsi olub. Onun əvəzinə 19 yaşlı müdafiəçi Nils Zetterstrem (“Malmö”) yığmağa cəlb edilib.
Qeyd edək ki, İsveç millisi noyabrın 16-da Slovakiya, 19-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.