“Rəmzi “11-liy”ə düşməyim təbii ki, yaxşı haldır”. Bunu futbolinfo.az-a açıqlamasında Azərbaycan yığmasının və Polşanın “Radomyak” klubunun müdafiəçisi Rahil Məmmədov deyib.
O, Polşa Ekstraklasasının 15-ci turunda simvolik yığmaya düşməsindən danışıb: “Ötən tur “Poqon”a səfərdə qalib gəldik. Bizim üçün yaxşı nəticə və çox vacib qalibiyyət idi. Amma necə olacağını düşünmürəm. Təbii ki, uğurlu olmağı hamı istəyir, bu cür yaxşı statistikalarda yer alırsan. Lakin istənilən halda burada şişirdiləcək bir şey yoxdur. Sadəcə, çalışıb stabil oynamaq lazımdır. Mənə stimul verən çox şey var. Bunu özüm üçün xüsusi nəsə saymıram. Çalışıram ki, əlimdən gəldiyi qədər yaxşı oynayım”.
Qeyd edək ki, Rahil Məmmədovun çıxış etdiyi “Radomyak” 15 turdan sonra turnir cədvəlində 13-cü pillədədir.