“İnter” oyunçusu Yann Bisseklə yeni müqavilə imzalayacaq. Almaniya millisinin Kamerun əsilli üzvü 2029-cu ilin yayında başa çatacaq müqavilə imzalamaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı stopperin hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. İtaliya klubu bir il öncə Danimarka “Orxus”undan 7,2 milyon avroya aldığı istedadın inkişafından məmnundur. Dəyəri 4 dəfə artan oyunçunu bir sıra klublar istəyir, milanlılar isə onu maaşını artırmaqla razı salmaq niyyətndədir.

“Köln” yetirməsi özü də A Seriyasında qalmaq istəyir. Bu səbəbdən yeni təklifi müsbət qarşılayıb.

Shares: