Camal Musiala yeni müqavilə ilə bağlı yenə müəmmalı danışıb. “Bayern”in yarımmüdafiəçisi münhenlilərlə növbəti mövsümün sonunda bitəcək anlaşmanı uzadıb-uzatmayacağı ilə bağlı dəqiq bir söz deməyib.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü qarşıdakı oyunlara köklənib: “Yeni müqavilə ilə bağlı heç nə deyə bilmərəm. Hazırda bütün fikrim milli komandanın qarşıdakı oyunlarındadır”.

Amma Musiala “Bayern” azarkeşlərini sevindirən sözlər də deyib: “Münhendə xoşbəxtəm. Hələ qərar vermək üçün zamanımız var”.

Shares: