“Milan” Ticani Reyndersin çıxışından məmnundur. Bu səbəbdən yarımmüdafiəçi ilə yeni müqavilə bağlamaq qərarı alınıb.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı niderlandlı İtaliya klubunda ikinci mövsümünü keçirir. “Alkmaar”dan 20 milyon avroya transfer edilən oyunçu bu müddətdə özünü yaxşı tərəfdən göstərib. Klubun yeni layihəsinin açar isimlərindən hesab olunan Reyndersə bu səbəbdən yeni təklif irəli sürülüb. Klub onun maaşını artırmaq şərti ilə müqavilə müddətini iki il uzatmaq istəyir.

Xatırladaq ki, Reynders transfer edilərkən 5 illik müqavilə bağlamışdı.

Shares: