“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri maraqlı müsahibə verib. Zədə üzündən mövsümün qalan hissəsini buraxacaq “Qızıl Top” sahibi Alvaro Morata ilə söhbətini xatırladıb.

Futbolinfo.az xəbər verir ki, İspaniya millisindəki komanda yoldaşı Rodriyə sosial şəbəkəyə qoşulmağı məsləhət bilirmiş: “Hər zaman mənə axmaq olduğumu deyirdi. Onun fikrincə, sosial meda hesabım olsaydı, çoxdan “Qızıl Top”u alarmışam. Mükafatı qazanan kimi ona yazdım. Bildirdim ki, artıq “Qızıl Top” sahibiyəm, amma sosial mediada keç bir hesabım yoxdur”.

Xatırladaq ki, Rodrinin sosial şəbəkədə heç bir hesabı yoxdur. O, vaxtını daha səmərəli işlərə sərf etmək məqsədi ilə bunu özünə qadağan edib.

Shares: