“Millinizin heyətində hücumda Mahir Emrelinin olmaması, Renat Dadaşovun zədələnməsinin və Şahruddin Məhəmmədəliyevdən sonra qapıda stabilliyin çatışmaması kimi problemlər var. Bütün bunlara baxmayaraq, millimizin Estoniyaya qalib gəlməyə qadir olduğunu düşünürəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında yığmanızın C Divizionunda keçirəcəyi oyunlar haqda danışarkən Arif Əsədov deyib.

Millimizin sabiq məşqçisi qalib gəlmək üçün futbolçuların tapşırıqları düzgün yerinə yetirərək, meydana daha istəkli çıxmalı olduqlarını söyləyib: “Millimizi qarşıda vacib oyunlar gözləyir. Xüsusilə də Estoniya yığmasına qarşı. Çünki yaxşı hesabla qalib gəlsək, sonuncu yer təhlükəsindən uzaqlaşa bilərik. Bu baxımdan Estoniya ilə oyun həlledicidir. Ümid edirəm ki, yığmamız meydandan qələbə ilə ayrılar. Sadəcə, məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, meydançaya daha istəkli çıxmalıdırlar. Estoniya üzərində qazanılmış qələbə çox şeyi dəyişə bilər. Komandamız daha sonra İsveç millisinə qarşı matça da daha motivasiyalı, ruh yüksəkliyi ilə çıxar. Rəqiblər arasındakı nəticədən də çox şey asılı olacaq. Çünki ilk yerin sahibi bəlli olduqdan sonra biz də səfərdə daha rahat oynaya bilərik. Amma son oyuna qalsa, bizim üçün çox çətin olacaq. Ümid edirəm ki, hər şey millimizin xeyrinə olar. Hər iki oyunda yığmamıza uğurlar arzulayıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: