17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək. 6-cı qrupda yer alan millimiz Macarıstan yığması ilə üz-üzə gələcək.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qrupun digər oyununda Rumıniya Yunanıstanla qarşılaşacaq.

Shares: