Azərbaycan millisinin noyabrın 16-da Estoniya yığması ilə Qəbələdə keçirəcəyi UEFA Milətlər Liqasının V tur oyununun hakim təyinatları açıqlanıb.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Con Biton olacaq. Ona Daniel Makfarlan və Devid Makqiçi köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mettyu Makdermid yerinə yetirəcək. VAR hakimləri Endi Dallas və Nikolas Uolş olacaq.
Referilərin işinə albaniyalı hakim-inspektor Albano Yanku qiymət verəcək. UEFA nümayəndəsi isə Eva Qayevska (Polşa) olacaq.
Qeyd edək ki, noyabrın 16-da keçiriləcək matç saat 18:00-da başlayacaq.