Kişi tennisçilər arasında ilin yekun turnirində 2-ci tura start verilib.

İlk turda məğlub olan Danill Medvedev bu dəfə qələbə qazanıb. O, Aleks Di Minora qalib gəlib – 6:2, 6:4. Bu, avstraliyalı tennisçinin ikinci məğlubiyyəti olub.

Digər oyunda Yannik Sinnerlə Teylor Frits qarşılaşıb. Yerli tennisçi iki seti də xeyrinə baaş vuraraq turnirdə ikinci oyununu da qələbə ilə tamamlayıb – 6:4, 6:4.

Beləliklə, iki turdan sonra Yannik Sinner qrupda liderdir. Medvedev və Fritsin hərəyə bir qələbəsi var.

Shares: