“Milan” qışda heyətinə daha bir futbolçu cəlb edə bilər. “Rossonerlər” Morten Frendrupla maraqlanır.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı danimarkalı yarımmüdafiəçi “qırmızı-qaralar”ın hədəfinə düşüb. “Cenoa” rəsmi təklif olacağı halda onun satışı üçün danışıqlar aparmağa hazırdır.
Frendrup 2022-ci ilin yanvarından Genuya klubunda çıxış edir. Ona görə “Brondbü”yə 3,9 milyon avro ödənilmişdi. 2028-ci ilin yayınadək müqaviləsi olan yarımmüdafiəçinin hazırkı bazar dəyəri 20 milyon avrodur.