19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gəlib.

Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan görüş İslandiya seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 növbəti oyununu noyabrın 16-da İrlandiya yığmasına qarşı keçirəcək.

Shares: