“Turan Tovuz” ötən mövsümlərlə müqayisədə bu il daha yaxşı oyun göstərir. Daha ürəkaçan nəticələr əldə etməyimiz bizi çox sevindirir. Buna görə də çempionatda daha da yaxşı oyun göstərərək, Avroliqaya vəsiqə qazanmaq istəyirik. Əminəm ki, bu il hər kəs “Turan Tovuz”u Avropa kuboklarında görəcək. Bundan heç şübhəmiz yoxdur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un futbolçusu Veysəl Rzayev deyib.
Yarımmüdafiəçi yaranan milli fasiləsindən yararlanmağa çalışacaqlarını bildirib: “Hazırda milli fasiləsi yarandığına görə Gəncədə 10 günlük təlim-məşq toplanışına yığışacağıq. Komanda olaraq bu fasilədən faydalanmaq istəyirik. Çünki qarşıda bizi çətin və əhəmiyyətli oyunlar gözləyir. Premyer Liqada növbəti rəqibimiz “Sabah”dır. Rəqibin nələrə malik olduğunu bilir, yaxından tanıyırıq. Ona görə də ciddi hazırlaşacağıq. Asan oyun olacağını düşünmürük. Əlimizdən gələnin artığını etməliyik ki, qalib gələk. Komanda yoldaşlarıma güvənirəm. İnşallah, hər şey bizim üçün yaxşı yekunlaşar”.
22 yaşlı oyunçu Avropa klublarında çıxış etməyi hədəflədiyini söyləyib: “Hazırki hədəfim “Turan Tovuz”da qalıb, bu klubun uğurları üçün çalışmaqdır. Bacardığım qədər hər şeyi etməyə hazıram. Amma hər bir futbolçu kimi mənim də Avropa klublarında çıxış etmək kimi bir hədəfim var. Millətimi və ailəmi qürurlandırmaq istəyirəm. Məncə, hər bir futbolçunun məqsədləri arasında bu da var. Bunun üçün üzərimdə daha çox çalışmağa, əlimdən gələni etməyə hazıram”.
GÜNAY SÜLEYMANOVA