Lionel Messinin “İnter Mayami”dən ayrılmaq fikri yoxdur. Komanda MLS-də pley-offdan kənarda qalsa da, bu, argentinaı futbolçunun planlarına təsir etməyəcək.
Futbolinfo.az xəbər verir ki, Messi 2025-ci ilin yayında bitəcək anlaşmasının sonuna qədər ABŞ klubunda qalacaq. Onun mövcud müqaviləsini daha bir il uzatmq ehtimalı var.
Leonun qərarına ailəsi də təsir edir. Onlar Mayamidə xoşbəxtdir. Parisdə başlarına gələnlərdən sonra Messi sakit yaşamağa üstünlük verir.