Bu mövsüm iki məşqçini istefaya göndərən “Roma” boş qalan postu kimə tapşıracağını dəqiqləşdirməyib. A Seriyası təmsilçisi 6 mütəxəssislə təmasda olsa da, yekun qərarı verməyib.
Futbolinfo.az xəbər verir ki, İtaliya klubu bu mütəxəssislərə maraq göstərir:
– Massimiliano Alleqri: təklifi dərhal rədd edib;
– Frank Lempard: klub rəhbərliyini öz layihəsinə inandıra bilməyib;
– Mauritsio Sarri: mövsümün gedişində işə başlamaq istəməyib;
– Edin Terziç: müqavilə şərtlərini bəyənməyib;
– Roberto Mançini: öncə razılaşıb, amma sonradan fikrindən daşınıb;
– Vinçentso Montella: 3 illik müqavilə gözləyirmiş, ilyarımlıq anlaşma təklifini rədd edib.
Paytaxt təmsilçisinin indi də Klaudio Ranyeri ilə danışıqlar apardığı deyilir. Amma karyerasını bitirdiyini elan edən mütəxəssisdən müsbət cavab gözlənilmir.