“Real”ın qapıçısı Tibo Kurtua qərarını dəyişməyib. O, növbəti dəfə Domeniko Tedesko istefa verənədək Belçika millisində oynamayacağını bildirib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli qapıçı Belçika Futbol Federasiyasının rəsmiləri ilə görüşündə geri addım atmayacağını deyib. Qurumun nümayəndəsi Peter Villams Kurtuanı fikrindən döndərmək üçün Madridə yollanıb, amma geri əliboş dönüb.