AFFA-da rəhbər dəyişikliyindən sonra milli komandalarımız faciəvi statistika ilə bizi məyus edir. Dünən daha iki yığmamız seçmə mərhələyə uğursuz başladı.

Rəsmi oyunlardakı bu yenilgilərlə nəticələr daha bərbad hal aldı. Rövşən Nəcəfin AFFA prezidenti olduğu 7 ay 11 gün ərzində müxtəlif millilərimiz 63 oyun keçirib, 47 məğlubiyyət alıb. Cəmi 4 qələbə görən komandalarımız qapısından 183 top buraxıb. Səviyyə fərqi o qədər aşağıdır ki, 47 məğlubiyyətdən 25-i böyükhesablıdır. 0:10, 0:9, 1:8, 0:7 hesablı məğlubiyyətlərimz də var.

Təbii ki, bu nəticələr daha çox əvvəlki AFFA rəhbərliyinin əkdiyi toxumların meyvələridir. Ancaq ötən müddət ərzində indikilər vəziyyəti dəyişmək üçün heç nə etmədiyindən biabırçılıqda pay sahibidirlər. Nəcəf və komandasının bu müddətdə heç bir islahat aparmadığını, strateji qərarlar vermədiyini nəzərə alsaq, vəziyyət daha da pisləşəcək.

A milli: 1 qələbə, 5 məğlubiyyət, top fərqi – 7:16

Albaniya – Azərbaycan 3:1

Azərbaycan – Qazaxıstan 3:2

Azərbaycan – İsveç 1:3

Slovakiya – Azərbaycan 2:0

Estoniya – Azərbaycan 3:1

Azərbaycan – Slovakiya 1:3

U-21: 1 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 2:19

Slovakiya – Azərbaycan 3:2

Azərbaycan – Bolqarıstan 0:0

Lüksemburq – Azərbaycan 2:0

Azərbaycan – Serbiya 0:2

Şimali İrlandiya – Azərbaycan 5:0

İngiltərə – Azərbaycan 7:0

U-19: 1 qələbə, 1 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 5:23

Azərbaycan – Qazaxıstan 2:0

Azərbaycan – Türkiyə (U-20) 0:5

Moldova – Azərbaycan 1:1

Şotlandiya – Azərbaycan 2:0

Niderland – Azərbaycan 3:0

Uels – Azərbaycan 3:0

Belarus – Azərbaycan 6:1

Belarus – Azərbaycan 1:1

İslandiya – Azərbaycan 2:0

U-18: 1 qələbə, 1 məğlubiyyət, top fərqi – 2:3

Monteneqro – Azərbaycan 2:0

Monteneqro – Azərbaycan 1:2

U-17: 4 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 4:21

Belarus – Azərbaycan 4:0

Özbəkistan – Azərbaycan 2:0

Tacikistan – Azərbaycan 2:2 (penaltilərlə 1:3)

Albaniya – Azərbaycan 1:1

Albaniya – Azərbaycan 4:1

Türkiyə – Azərbaycan 4:0

Türkiyə – Azərbaycan 0:0

Avstraliya – Azərbaycan 0:0

Azərbaycan – Avstraliya 2:2 (penaltilərlə 4:2)

Macarıstan – Azərbaycan 4:0

U-16: 1 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 0:9

Türkmənistan – Azərbaycan 3:0

Türkiyə – Azərbaycan 6:0

Qırğızıstan – Azərbaycan 0:0 (penaltilərlə 4:2)

U-15: 1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 4:11

Belarus – Azərbaycan 2:1

Rusiya – Azərbaycan 3:1

Qazaxıstan – Azərbaycan 2:0

Azərbaycan – Türkiyə 0:2

Azərbaycan – Türkiyə 2:2

Qadın yığması: 1 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 3:22

Macarıstan – Azərbaycan 1:1

Azərbaycan – İsveçrə 0:4

Türkiyə – Azərbaycan 1:0

Azərbaycan – Türkiyə 1:0

Azərbaycan – Macarıstan 0:5

İsveçrə – Azərbaycan 3:0

Azərbaycan – Portuqaliya 1:4

Portuqaliya – Azərbaycan 4:0

U-19, qadınlar: 4 məğlubiyyət, top fərqi – 0:10

Monteneqro – Azərbaycan 4:0

Bolqarıstan – Azərbaycan 1:0

Latviya – Azərbaycan 4:0

Özbəkistan – Azərbaycan 1:0

U-17, qadınlar: 1 heç-heçə, 6 məğlubiyyət, top fərqi – 3:28

Belarus – Azərbaycan 3:1

Qazaxıstan – Azərbaycan 2:2 (penaltilərlə 4:1)

Türkiyə – Azərbaycan 4:0

Gürcüstan – Azərbaycan 4:0

Gürcüstan – Azərbaycan 2:0

Serbiya – Azərbaycan 10:0

Lüksemburq – Azərbaycan 3:0

U-15, qadınlar: 3 məğlubiyyət, top fərqi – 2:19

Belarus – Azərbaycan 8:1

Özbəkistan – Azərbaycan 2:1

Rusiya – Azərbaycan 9:0

Cəmi: 63 oyun, 4 qələbə, 12 heç-heçə, 47 məğlubiyyət, top fərqi – 34:183.

Shares: