“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur komanda yoldaşı Son Hon Min və asiyalılar haqqında xoşagəlməz zarafatına görə 7 oyunluq cəzalandırıla bilər. Bu barədə “Daily Mail” məlumat yayıb.

Keçən yay sosial şəbəkələrdə televiziya aparıcısının Bentankurdan komanda yoldaşının köynəyini istədiyi video yayılmışdı.

“Bu, onun formasıdır? Bu həm də Sonun qardaşının forması ola bilər. Onların hamısı bir-birinə oxşayır”, – deyə Bentankur formanı hədiyyə edərkən zarafatca bildirmişdi. Futbolçu daha sonra sosial şəbəkədə Sondan üzr istəmişdi.

İngiltərə Futbol Assosiasiyası Bentankuru “uyğun olmayan davranışda” və “etnik və ya irqi təhqiredici və ya alçaldıcı dildən” istifadə etməkdə ittiham edib.

Mənbənin məlumatına görə, uruqvaylı yarımmüdafiəçinin uzun müddətə diskvalifikasiya olunacağı ehtimalı var. Bunun 7 matç olduğu güman edilir.

Shares: