Milli Basketbol Assosiasiyasının keçmiş oyunçusu və dörd dəfə “All-Star Games”də çıxış edən DeMarkus Kuzins maraqlı təklif irəli sürüb. O, görüş zamanı oyunçuların bir-birilə döyüşməsinə icazə verilməsini liqa rəhbərliyindən istəyib. Basketbolçunun sözlərinə görə, oyunçular döyüşlər vasitəsilə emosiyalarını çıxara bilərlər.
“Hokkeydə olduğu kimi, iki dəqiqəlik döyüşlər maraqlı olardı. Bu, uşaqlara emosiyalardan azad olmaq və oyuna qayıtmaq üçün bir neçə dəqiqə vaxt verəcək.
Məncə, həyəcanlı olardı. İdman üçün də əla olardı. Yalnız güclülər sağ qalır… Mən hesab edirəm ki, bu, reytinqləri yaxşılaşdıracaq”, – deyə keçmiş MBA oyunçusu “Run It Back” proqramında bildirib.