“Roma” yeni baş məşqçisini tapıb. Uzun danışıqlardan sonra Klaudio Ranyeri klubla ortaq məxrəcə gəlib.
Futbolinfo.az xəbər verir ki, bu mövsüm iki məşqçi ilə yollarını ayıran İtaliya klubu uğursuz dönəmlərini keçirir. Klub rəhbərliyi məşqçi əvəzləmələri ilə vəziyyətdən çıxacağına ümid bəsləyir. Amma bir neçə mütəxəssis paytaxt klubunun dəvətini rədd edib. Belədə son olaraq Ranyerinn üzərində dayanılıb.
Maraqlıdır ki, təcrübəli mütəxəssis bir müddət öncə məşqçi karyerasını başa vurduğunu açıqlamışdı. Amma 2019-11 və 2019-cu illərdə “canavarlar”a rəhbərlik edən 73 yaşlı mütəxəssis keçmiş komandasının çətin vəziyyətində yardım etməyi lazım bilib. İtaliya, İspaniya, İngiltərə və Fransada saysız klub çalışdıran, ən böyük uğuru “Lester”i Premyer Liqanın qalibi etmək olan Ranyerinin son iş yeri “Kalyari” olmuşdu.
Ranyeri ilə müqavilə bu gün rəsmiləşəcək. Onun mövsümün sonunadək anlaşma imzalayacağı gözlənilir.