Tennis üzrə ilin Final Turnirində 2-ci tura yekun vurulub. “Con Nyukomb” qrupunda baş tutan hər iki qarşılaşma iki setlə yekunlaşıb.
Soyuqdəymədən tam sağalmayan Karlos Alkaras Andrey Rublyov üzərində qələbə qazanıb. Bu, ispan tennisçinin yarışda ilk qələbəsi olub.
Digər qarşılaşmada ilk turda qələbə qazanan Aleksandr Zverevlə Kasper Ruud üz-üzə gəlib. Almaniyalı Zverev ilk seti tay-breykdə qələbə ilə tamamlayıb. İkinci setdə 6:3 hesabı ilə rəqibini üstələyən Zverev turnir tarixində Novak Cokoviçdən sonra ən çox qələbə qazanan tennisçi olub.
Bu nəticələrdən sonra heç bir tennisçi növbəti mərhələyə vəsiqəni təmin etməyib.