Avroliqada 9-cu tura iki oyunla yekun vurulub.

Serbiyanın paytaxtında “Partizan” lider “Barselona”nı qəbul edib. Görüşün yalnız ilk periodunda üstün tərəflə bağlı şübhələr olub. İkinci periodda “Barselona” oyunun taleyini həll edib. Katalonlar 87:79 hesabı ilə qələbə qazanıblar. Bununla da onlar yenidən turnir cədvəlinin ilk pilləsinə qalxıblar.

Digər oyunda debütünat “Paris” komandası “Jalgiris”i qəbul edib. Turnir cədvəlində katalonlarla lider olan Litva təmsilçisi məğlubiyyətlə üzləşib. Oyun ərzində bir neçə dəfə üstün tərəf dəyişib. Sonda isə qələbəni fransızlar bayram edib – 83:77.

10-cu turun oyunlarına bu gün start veriləcək.

Shares: