Matis de Liqt özünü əla formada hiss edir. O, oynamaq və “Mançester Yunayted”ə fyda vermək istəyir.

Futbolinfo.az xəbər verir ki, niderlandlı mərkəz müdafiəçisi baş məşqçi Erik ten Haqın istefasıyla bağlı da danışıb: “Uğursuzuq oldu, məşqçi dəyişdi, amma “Mançester Yunayted” hələ də dünyanın ən yaxşı klublarından biridir. Bizə qalan yaxşı oynamaq və nəyicələrin düzəlməsinə töhfə verməkdir. İngiltərəyə ten Haqa görə gəlməmişəm. Əla formadayam və oynamaq istəyirəm”.

“Ayaks”da ten Haqın rəhbərliyi altında oynamış müdafiəçi bu yay “Bayern”dən həmyerlisinin istəyi ilə transfer edilib. İngilislər 45 milyon avro ödədiyi futbolçu ilə 5 illik müavilə bağlayıb.

Shares: