“Mançester Yunayted”in və Madrid “Atletiko”nun sabiq futbolçusu Dieqo Forlan karyerasının ilk peşəkar tennis oyununda məğlub olub.

Montevideoda keçirilən görüşdə keçmiş forvard Federiko Koria ilə cütlük təşkil edərək Boris Arias-Federiko Seballos duetinə uduzub. Görüş 1:6, 2:6 hesabı ilə başa çatıb.

Bundan əvvəl Perunun paytaxtı Limada  keçirilən MT-1000 yarışında Forlan 1/4 finala yüksəlmiş və orada ITF veteranlar reytinqində dünyanın 45-ci raketkası, braziliyalı Antonio Amara da Silva Filyoya (3:6, 2:6) uduzmuşdu.

Dieqo Forlan 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatının ən yaxşı oyunçusu, 2011-ci ildə Amerika Kubokunun qalibi, iki dəfə “Qızıl buts”un sahibidir.

Shares: