“Real” rəhbərliyi müdafiəçi Serxio Ramosun kluba qayıtmasına qarşıdır. Bu barədə “El Chiringuito” məlumat verib.

Mənbənin məlumatına görə, 38 yaşlı ispaniyalı Eder Militaonun ağır zədəsi səbəbindən komandaya qayıtmaq istəyi ilə bağlı açıqlama versə də, klub prezidenti Florentino Peres və icraçı direktor Xose Anxel Sançes futbolçunun qayıtmasının əleyhinədir.

Hazırda “Los Blankos”un müdafiəçiləri Daniel Karvaxal, David Alaba və Lukas Vaskes zədəlilər siyahısındadır. Həmçinin, La Liqanın 13-cü turunun “Osasuna” ilə oyununda (4:0) Eder Militaonun dizindəki çarpaz bağlar yırtılmışdı.

38 yaşlı Ramos “Sevilya” ilə müqaviləsi başa çatdıqdan sonra yaydan etibarən azad agent statusundadır. Xatırladaq ki, o, 2005-2021-ci illərdə “Real”da çıxış edib.

Shares: