UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunun Fransa və İsrail yığmaları arasında keçiriləcək oyunu öncəsi “Stad de Frans” stadionunda təhlükəsizlik tədbirləri gücləndirilib.

Azarkeşlərin içəri girməməsi üçün stadionun meydançası tikanlı barmaqlıqlarla hasarlanıb. Bu barədə RMC Sport xəbər verir.

Fransa – İsrail oyunu bu gün, noyabrın 15-də keçiriləcək. Matçın baş hakiminin start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. 80 mindən çox tamaşaçı tutumuna malik “Stad de Frans” stadionunda oyun üçün cəmi 20 min bilet satılıb.

Millətlər Liqasının 3-cü turunda komandalar arasındakı görüş 4:1 hesabı ilə Fransa millisinin xeyrinə başa çatıb.

Shares: