“Səbail”in yarımmüdafiəçisi Süleyman Alluşun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdiniz. Matç barədə düşüncələriniz necədir?
– Bizim üçün yaxşı matç oldu. Taktiki cəhətdən düzgün oynadıq. Təəssüf edirəm ki, qələbə qazana bilmədik.
– Bir xalı sizin üçün yaxşı nəticə saymaq olar?
– Bir xal heç qazanmamaqdan daha yaxşıdır. Komandamızın yaxşı oynamasına, yaxşı mübarizə aparmasına sevinirəm. Düşünürəm ki, bu cür oynamağa davam etsək, xallar qazanacağıq.
– Şahin Diniyevin rəhbərliyi altında uğursuz çıxış edirdiz. Onun gedişindən sonra ilk matçda xal qazandınız. Qısa zamanda nə dəyişdi?
– Diniyevin rəhbərliyi altında son iki matçı da yaxşı oynadıq. İki həftə ardıcıl yaxşı çıxış etdik. Mən də bu matçlarda yaxşı çıxış etmişdim. Düşünürəm ki, öz işimi görməyə davam etməliyəm. Ümid edirəm ki, komandam üçün faydalı olacağam. Komandamızın daha çox qələbə qazanacağına inanıram.
– Yeni baş məşqçiniz var. Onunla uğurlu nəticələr qazanacağınıza inanırsız?
– Bəli, uğurlu olacağımıza inanıram. Bizə taktiki baxımdan düzgün məşq lazımdır. Daha çox çalışmalıyıq. Yeni taktikamız üzərində işləməyə davam edib qələbələr qazanacağıq.
– Cavid Hüseynovun rəhbərliyi altında ilk matçınız “Qarabağ”a qarşı olacaq. Hansı nəticəyə ümid edirsiz?
– Bilmirəm. Yəqin ki, baş məşqçinin bu oyunla bağlı planı olacaq. Biz də bunun üçün mübarizə aparmalıyıq.
ABBAS