“Sevindirici bir haldır ki, “Kəpəz”in heyətində 50-ci oyunumu keçirdim. Amma hər şeydən əsas olan komandaya qələbə qazandırmaq və azarkeşləri sevindirməkdir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Orxan Əliyev deyib.
“Kəpəz”in 28 yaşlı hücumçusu komandanın son oyunlarda özünə gəldiyini bildirib: “Son zamanlarda oyundan-oyuna özümüzə gəlirik. Amma hələ heç nə etməmişik. Qarşıda bizi çətin və maraqlı oyunlar gözləyir. Ona görə də daha yaxşı hazırlaşaraq qələbə qazanmaq lazımdır. Artıq dünəndən məşqlərimiz başlayıb. Qarşıda “Araz-Naxçıvan”la matçımız var. Vacib oyun olacaq. Biz də öz növbəmizdə çalışırıq ki, yaxşı futbol göstərərək, qələbə qazanaq”.
GÜNAY SÜLEYMANOVA