İspaniyanın “Barselona” klubunun və Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

Futbolinfo.az xəbər verir ki, dünya çempionu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində paytaxtda keçirdiyi görüşlərin yer aldığı video paylaşıb.

O, Bakıya təşəkkür edib və növbəti il COP30-un ölkəsində keçiriləcəyini xatırladıb.

Noyabrın 12-də Azərbaycana gələn əfsanəvi futbolçunun səfəri bu gün başa çatıb.

Shares: