Azərbaycan millisi 16 noyabr tarixində 5 oyun keçirib.

Futbolinfo.az saytının məlumatına görə, Estoniya ilə görüş yığmamızın eyni gündə 6-cı matçı olacaq.

Komandamız müxtəlif illərdə noyabrın 16-da keçirdiyi 5 matçın ilk üçündə rəqiblərinə məğlub olub. Üstəlik, hər üç qarşılaşma evdə baş tutub. Yalnız 1994-cü ildə millimiz İsraili Trabzonda qəbul edib. Digər iki duel Bakıda reallaşıb.

Ümidverici məqam ondan ibarətdir ki, millimiz 16 noyabr tarixindəki son iki oyununda qələbə sevinci yaşayıb. İki il əvvəl yoldaşlıq görüşündə səfərdə Moldovanı üstələyən komandamız, ötən il Bakıda İsveçin qapısından üç cavabsız top keçirmişdi. Estoniya üzərində mümkün qalibiyyət məğlubiyyətlə qələbələrin sayını bərabərləşdirəcək.

Top fərqində də rəqiblərin cüzi üstünlüyü var – 5:6.

Millimizin 16 noyabr tarixində keçirdiyi oyunlar:

AVRO-1994. Azərbaycan – İsrail 0:2 (Trabzon, 1994-cü il)

AVRO-2016. Azərbaycan – Norveç 0:1 (Bakı, 2014-cü il)

AVRO-2020. Azərbaycan – Uels 0:2 (Bakı, 2019-cu il)

Yoldaşlıq görüşü. Moldova – Azərbaycan 1:2 (Kişinyov, 2022-ci il)

AVRO-2024. Azərbaycan – İsveç 3:0 (Bakı, 2023-cü il)

Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya matçı saat 18:00-da başlayacaq.

Shares: