Azərbaycan millisinin futbolçusu Renat Dadaşov zədəsini sağaltmaq üzrədir.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ankaragücü”nün hücumçusu hazırda müayinəsini davam etdirir.
Ötən ay qasıq nahiyəsindən əməliyyat olunan 25 yaşlı forvard sabah Türkiyəyə yollanacaq. Yığmamızın heyətindən kənarda qalan futbolçu sabahdan etibarən Ankara təmsilçisinin Antalyadakı təlim-məşq toplanışına qoşulacaq. Lakin o, ilk olaraq fərdi hazırlıq keçəcək. Dadaşov ən yaxşı halda gələn həftənin sonlarından kollektiv məşqlərdə iştirak edə biləcək.
Qeyd edək ki, Renat Dadaşov Türkiyənin I Liqa təmsilçisi “Ankaragücü”yə mövsümün əvvəlində keçib.