“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair milli komandasının heyətində növbəti oyuna çıxıb. 30 yaşlı yarımmüdafiəçi Afrika Millətlər kubokunun seçmə mərhələsində Ekvatorial Qvineya komandasına qarşı matçın iştirakçısı olub.

0:0 hesabı ilə yekunlaşan görüşdə Benzia ehtiyat oyunçular skamyasında yer alıb. O, 70-ci dəqiqədə Adem Zorganenin əvəzləyərək meydana daxil olub.

Qeyd edək ki, bu oyundakı heç-heçə Əlcəzairin öz qrupunda 5-ci matçda ilk xal itkisi olub. Buna baxmayaraq, hazırda komanda 13 xalla liderliyini qoruyur. Ekvatorial Qvineya 5 oyundan 8 xalla 2-ci, Liberiya 4 xalla 3-cü, Toqo 2 xalla sonuncu yeri tutur.

Shares: