“İnanıram ki, yaxşı oyun göstərəcəyik”.

Futbolinfo.az xəbər verir ki, bunu Qəbələdə keçirilən mətbuat konfransında Azərbaycan millisinin üzvü Musa Qurbanlı deyib.

22 yaşlı hücumçu UEFA Millətlər Liqasında sabah Estoniya ilə keçiriləcək oyuna qələbə üçün çıxacaqlarını bildirib:

“Komandada əhval-ruhiyyə yaxşıdır. Məqsədimiz sabahkı oyunda qələbə qazanmaqdır”. (Report)

Azərbaycan milli komandası C Liqasının 1-ci qrupunda sabah Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.

Shares: