Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında bu gecə cəmi bir oyun baş tutub.

Futbolinfo.az xəbər verir ki, Qərb konfransının autsayderi “Yuta Caz” “Dallas Maveriks”i qəbul edib.

Keçən mövsümün ən məhsuldar komandalarından olan yutalılar uğursuzluq zolağına son qoya biliblər. Görüş meydan sahiblərinin 115:113 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ən çox xalı Luka Donçiç toplayıb. Sloveniyalı basketbolçunun aktivində 37 xal var. Bundan başqa o, 9 dəfə də ribaund edib. Meydan sahiblərindən Klarkson 28 xal toplayıb.
Bu qələbə sayəsində “Yuta Caz” turnir cədvəlində son pilləni tərk edib.

Shares: